Dünya 22:05 30.11.2022

İŞİD-in lideri öldürüldü

İŞİD terror təşkilatının lideri Əbülhəsən Əl-Həşmi Əl-Qureyşi öldürülüb.

"Report” xəbər verir ki, terrorçunun harada öldürüldüyü açıqlamayıb.

Bundan əvvəl İŞİD terror təşkilatının liderlərindən biri Mahir Əl Aqal məhv edilib. Mahir Əl Aqal İŞİD-in İraq və Suriya xaricində əlaqələrin təşkilatçısı olub.