Foto 18:34 29.11.2023

İki ay əvvəl əmisi, bu gün isə müəllim atası dünyasını dəyişdi (FOTO)

Xəbər verdiyimiz kimi, müğənni Çinarə Məlikzadənin atası Bakı metrosunda ürək tutmasından dünyasını dəyişib. 

Qaynarinfo-nun məlumatına görə, bu gün 61 yaşda ürək tutmasından dünyasını dəyişən Məlik Ağalar oğlu Məlikzadə Azərbaycan Texniki Universitetində müəllim kimi çalışıb. 

O, bu gün işdən çıxıb, evinə gedən zaman metronun Nərimanov stansiyasında dünyasını dəyişib.

Qeyd edək ki, bu ilin sentyabr ayında mərhum Məlik Məlikzadənin qardaşı, Çinarənin əmisi dünyasını dəyişib.

Əhməd