Ölkə 16:44 01.02.2024

İki ildən çoxdur boş qalan direktor vəzifəsinə təyinat oldu

Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

"Report”un Aran bürosunun məlumatına görə, bu barədə Şirvan-Salyan Regional Mədəniyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib.

O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Salyan Dövlət Rəsm Qalereyasının bundan əvvəlki direktoru İmanverdi Mustafayev olub. İki ildən çoxdur ki, bu vəzifə boş idi.