Ölkə 17:22 04.10.2022

İki uşaq anası Nərminin dəstəyinizə ehtiyacı var

2 körpə övlad anası olan Baləliyeva Nərmin qeysəriyyə əməliyyatı zamanı qanaxmaya düşüb. Həkimlər qanaxmanın qarşısını almağa çalışarkən gec intubə (borunun ağızdan tənəffüs yoluna daxil edilməsi) etdiklərindən beyin hipoksiyada (beyində oksigen azlığı və qan çatışmazlığı) qalıb. 

Bu səbəbdən də Nərminin beyni ciddi zədələnib, hazırda Baku Medical Plazanın reanimasiya şöbəsində yatır və ayılmadığından komadadır. Yeni doğulan körpəsi isə OMD Uşaq Xəstəxanasında küveyz aparatındadır. Artıq reanimasiyanın gündəlik xərclərini ödəmək üçün ailənin heç cür maddi imkanı çatmır.

Ailə üzvləri Nərmini həyata qaytarmaq və övladlarına qovuşdurmaq üçün öz imkanınız daxilində maddi kömək etməyinizi xahiş edir. 
.
Əziz dost, sən də xeyirxahlıq et, Nərminə həyat ver!