Siyasət 13:47 15.06.2023

İlham Əliyev: "Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcək"

Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək.

Qaynarinfo xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövləti başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.