İdman 12:45 07.10.2022

Şimali Makedoniya - Azərbaycan matçının vaxtı açıqlandı

Azərbaycan millisinin Şimali Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşünün vaxtı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 20-də Skopyedəki "Todor Proeski Milli Arena”da baş tutacaq Şimali Makedoniya - Azərbaycan qarşılaşması yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə saat 17:00) start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da Kişinyovda Moldova yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.