Dünya 12:01 26.05.2022

İmran Xanın tərəfdarları İslamabad küçələrinə axışdı (FOTOLAR)

Pakistanın vəzifədən kənarlaşdırılmış keçmiş baş naziri İmran Xan xalqı üsyana dəvət edib.  

Qaynarinfo bu barədə Pakistanın GEOTV kanalına istinadən xəbər verir.  

Hökumətin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edən sabiq baş nazirin özü də aksiyalara qoşulub. Paytaxt İslamabadda etirazçılarla polis arasında şiddətli toqquşmaların baş verdiyi bildirilir.  

Pakistan Milli Assembliyası mayın 4-də İmran Xana etimadsızlıq göstərib. Səsvermə nəticəsində, İ.Xanın hökuməti istefaya gedib. 
O, etimadsızlıq səsverməsi ilə vəzifədən uzaqlaşdırılan ilk baş nazirdir.  

M.Arif