Siyasət 23:48 25.02.2023

"İnanırıq ki, bir gün ədalət zəfər çalacaq" - Nazir

"İnanırıq ki, bir gün ədalət zəfər çalacaq".

Qaynarinfo xəbər verir ki, bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xocalı Soyqırımının 31-ci ildönümü ilə bağlı tviter hesabındakı paylaşımında yer alıb.

"Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımdan 31 il keçir. Ermənistanın kütləvi qətl, nifrət və irqi ayrı-seçkilik siyasətinə məruz qalan Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə yad edirik", - paylaşımda deyilir.