Premyer Liqa təmsilçisi "Vulverhempton” baş məşqçisi Xulen Lopeteqi ilə yolları ayırıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. İspaniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Lopeteqinin köməkçiləri ilə də yollar ayrılıb.
Doqquz aydır komandanı çalışdıran 57 yaşlı mütəxəssis 2022-ci ilin noyabrında "sükan” arxasına gətirilmişdi. Komanda ötən mövsümü 13-cü pillədə başa vurmuşdu.
Səbuhi Həsənov
Şərhlər