İdman 10:12 06.12.2023

İngiltərə klubunun yeni baş məşqçisi müəyyənləşdi

İngiltərə Premyer Liqa komandalarından olan "Şeffild Yunayted"in yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, daha əvvəl komandanı beş il çalışdırmış Kris Vaylder "sükan" arxasına keçib.

Klubdan verilən açıqlamaya görə, Pol Hekinqbottomla yolları ayıran ingilis klubu Vaylderlə 2025-ci ilə yayına qədər müqavilə imzalayıb.

56 yaşlı britaniyalı məşqçi 2016-2021-ci illərdə də "Şeffild Yunayted"i çalışdırıb.

Səbuhi Həsənov