İdman 11:40 27.11.2023

İngiltərə millsinin və "Barselona"nın sabiq baş məşqçisi dünyasını dəyişdi

İngiltərə millisinin və "Barselona"nın sabiq baş məşqçisi Terri Venables 80 yaşında dünyasını dəyişib.

Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə İngiltərə millisini Avropa çempionatının yarımfinala çıxaran əfsanəvi məşqçi uzun sürən xəstəlikdən sonra həyatla vidalaşıb.

Bu barədə Venables ailəsi adından açıqlama verilib. 

Futbolçu karyerası ərzində "Çelsi” , "Tottenhem” və "Kvins Park Reyncers”də çıxış edən Venables, məşqçi kimi "Barselona” , "Tottenhem”, "Kristal Palas”, "Midlsbro” və "Lids"i, həmçinin İngiltərə millisini çalışdırıb. 

Səbuhi Həsənov