İdman 22:50 14.08.2023

İngiltərə Premyer Liqasında rekord transfer rəsmiləşdi - 133.5 milyon

"Çelsi" "Brayton"un yarımmüdafiəçisi Moyses Kaysedonun transfer elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçu ilə 8 illik müqavilə imzalanıb.

"Çelsi"yə qoşulduğum, bu böyük klubda olduğum üçün çox xoşbəxtəm. "Çelsi"dən təklif gələndə iki dəfə düşünməli deyildim, sadəcə bu kluba imza atmaq istədiyimi bilirdim. Burada olmaq gerçəkləşən arzumdur və komandada oynamaq üçün tələsirəm", deyə Kaysedo bildirib.

Onun üçün ödənən transfer məbləği İngiltərə futbolu üçün rekorddur. Belə ki, London klubu 21 yaşlı yarımmüdafiəçini 133,5 milyon avroya alıb. 

İngiltərə Premyer Liqasının son mövsümündə Kaysedo 37 oyun keçirib və 1 qol vurub. Yarımmüdafiəçi 2022-ci ildə Ekvador millisinin heyətində dünya çempionatında iştirak edib. 

Aydın