İngiltərədə dəri xərçənginə yoluxma halları rekord həddə çatıb.
Qaynarinfo "AHaber"ə
istinadən xəbər verir ki, "Cancer Research UK" tərəfindən nəşr olunan son hesabatda, ölkədə bütün yaş qruplarında dəri xərçəngi hadisələrinin hər il 17.500-ə çatdığı, qeydlərin tutulmağa başlamasından bəri ən yüksək səviyyədə olduğu bildirilir.
Hesabat, 1960-cı illərdə ucuz tətil paketlərindəki bumun təsirinin İngiltərədə rekord qıran dəri xərçəngi hadisələri ilə əlaqəli ola biləcəyinə diqqət çəkib.
Hesabatda artımın xüsusilə 55 yaşdan yuxarı insanlarda müşahidə edildiyinə diqqət çəkilərək, 1990-cı illərdən bu yana hadisələrin 195 faiz artdığı vurğulanıb.
Digər tərəfdən, qarşıdakı illərdə bütün yaş qruplarında xəstəliyin təxminən 50 faiz arta biləcəyi və 2040-cı ilə qədər ildə 26,500-ə çatacağı təxmin edilir.
Lakin tədqiqatçılar bu artıma baxmayaraq, erkən diaqnoz və müalicə sayəsində xəstəlikdən ölümlərin azaldığını bildirirlər.
Aydın
Şərhlər