Dünya 09:58 30.06.2022

İran-ABŞ danışıqları nəticəsi bitdi

Avropa İttifaqının koordinatoru Enrika Mora Qətərin paytaxtı Dohada İran-ABŞ nüvə danışıqlarının nəticəsiz başa çatdığını bildirib.

Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.

Erika Mora təəssüflə bildirib ki, Avropanın danışıqlardan gözlədiyi nəticə əldə olunmayıb.

Doha danışıqlarının nəticəsiz qalmasına səbəb kimi ABŞ-ın xüsusi nümayəndəsi Robert Malinin İrana iqtisadi təminatların verilməsinə qarşı çıxması və İranın baş müzakirəçisi Əli Baqirinin daimi razılığın əldə olunmasının zəruriliyi ilə bağlı yenidən israr etməsi göstərilir.

M.Arif