Dünya 11:55 20.02.2024

İran ABŞ-ın Yəmən husilərini silahla təmin etmək ittihamlarını rədd edir

İranın BMT-dəki  daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Tehranın Qırmızı dənizdə Amerika gəmilərinə hücum edən Yəmənin üsyançı Ənsar Allah (Husilər) hərəkatını silahla təmin etməkdə əli olması ilə bağlı ittihamlarını rədd edib. 

Qaynarinfo Mehr agentliyinə istinadla xəbər verir ki, diplomat BMT Təhlükəsizlik Şurasının sədrinə müvafiq məktub göndərib.

İrəvani vurğulayıb ki, İran bu ittihamları qəti şəkildə rədd edir və onları Birləşmiş Ştatların "özünün Yəmənə qarşı qeyri-qanuni hərəkətlərini və hərbi təcavüzünü əsaslandırmaq və qanuniləşdirmək üçün istifadə etdiyi” bəhanə kimi qiymətləndirir.

İran nümayəndəsi vurğulayıb ki, Tehran tez-tez Yəməndəki vəziyyətin danışıqlar və sülh yolu ilə nizamlanmasının tərəfdarıdır və heç vaxt BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun gəlməyən fəaliyyətlərdə, o cümlədən silah satışı və ya ötürülməsində iştirak etməyib.

İrəvani fevralın 14-də BMT Təhlükəsizlik Şurasının iclasında ABŞ-ın səsləndirdiyi ittihamlara cavab olaraq müvafiq sənəd hazırlayıb.

Fələstinin HƏMAS hərəkatı ilə İsrail arasında qarşıdurmanın kəskinləşməsindən sonra Yəmənin üsyançı Husilər Ənsar Allah hərəkatı İsrail ərazilərinə hücumlar həyata keçirəcəyini və Qəzza zolağında hərbi əməliyyat başa çatana qədər bu ölkə ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndeb boğazı sularından keçməsinə icazə verməyəcəyini bildirib.

Alpər