Siyasət 11:04 24.11.2022

"İran Azərbaycana qarşı aktiv kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir" - General Ceyhun Şadlinski

İran xüsusi xidmət orqanları Azərbaycana qarşı aktiv şəkildə kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir.

Qaynarinfo xəbər verir ki, bu fikirləri DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski deyib.

O, bu istiqamətdə görülən kəsərli tədbirlərdən söhbət açıb.