İran hakimiyyəti Ermənistan və Azərbaycana, eləcə də bu ölkələrdən İslam Respublikasına uçuşların qadağasını aradan qaldırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə
ISNA agentliyi İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsinə istinadən məlumat yayıb.
"Dağlıq Qarabağda hərbi əməliyyatların başlanması ilə bağlı xəbərlər gələndə biz uçuşlara qadağa qoyduq. Atəşkəs razılaşmasından sonra isə bəzi uçuşlara icazə verildi", - İran rəsmiləri bildirib.
Yada salaq ki, sentyabrın 20-də İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri, həmçinin bu ölkələrdən İslam Respublikasına uçuşları ləğv etmişdi. Bildirilib ki, bu qərar sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə - növbəti xəbərdarlığa qədər verilib.
Alpər
Şərhlər