Dünya 16:20 30.09.2022

İran rejiminə qarşı dünya aksiyası - Rza Pəhləvidən iranlılara çağırış

Oktyabrın 9-da dünyanın 120 şəhərində İran rejiminin əleyhinə aksiya keçirilməsi planlaşdırılır. 

Qaynarinfo İranın müstəqil media orqanlarına istinadən xəbər verir ki, artıq aksiyalara ciddi hazırlıq başlayıb. 

Bu arada İslam inqilabı nəticəsində devrilmiş İran şahi Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi xaricdə yaşayan iranlıları 9 oktyabr aksiyasına dəstək verməyə çağırıb.

Rza Pəhləv həmçinin onlardan xahiş edib ki, İranda baş verənləri yaşadıqları ölkələrin dilində ictimailəşdirsinlər. Bütün dünyaya İran həqiqətlərinin çatdırılmasında yardımçı olsunlar. 

9 oktyabr aksiyasının kifayət qədər izdihamlı və effektiv olacağı barədə mülahizələr səsləndirilir.

Ekspertlər bildirir ki, İranın özündə aksiyaların davam etdiyi bir vaxtda dünyanın müxtəlif ölkələrində etirazlara dəstək verilməsi xalqın mübarizə əzminin yüksəlməsinə xidmət edəcək.

Onların fikrincə, artıq İranda proseslərin nəzarətdən çıxdığını söylkəmək mümkündür. Hökumət qüvvələri faktiki olaraq sabitliyi bərpa etməkdə acizdir. Zorakı üullara və repressiyalara baxmayaraq, insanlar küçələrə çıxmaqda davam edir və hər gün aksiyalara dəstək verənlərin sayı artır.

Ehtimal olunur ki, proses bu sayaq davam edəcəyi təqdirdə hakimiyyətin içindən qopmalar baş verə bilər. Bəzi nüfuzlu din xadimlərinin, hətta Ayətullah əl-Üzma Nuri Həmədaninin timsalında mərcəye-təqlidlərin aksiya iştirakçılarını dəstəkləməsi mərkəzdənqaçma meyllərinin güclənməsini şərtləndirən amildir.

Seyid