Dünya 16:29 28.11.2023

İran Rusiya ilə razılığa gəldi: Su-35, Mi-28 və Yak-130...

İran Rusiya ilə Su-35 qırıcı təyyarələri, Mi-28 hücum helikopterləri və Yak-130 təlim təyyarələrinin alınması ilə bağlı razılaşmanı yekunlaşdırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın nüdafiə nazirinin müavini general Mehdi Fərahi bildirib.
 
"Tasnim” nəşri ilə söhbətində Fərahi bildirib ki, bu üç qabaqcıl hərbi təyyarə İranın sərəncamında olacaq və bununla bağlı proseslər "hazırda davam edir”.

General qeyd edib ki, İran regionda ən güclü hərbi helikopter donanmasına malikdir və bir neçə layihəni başa vurduqdan sonra artıq helikopterin imkanlarını modernləşdirib.

İran və Rusiyanın iqtisadi, ticarət, enerji və hərbi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm sazişlərin də imzalandığı bildirilir.

1990-cı illərdə alınmış bir neçə Rusiya MiQ-29 qırıcısı istisna olmaqla, İran son illərdə heç bir yeni döyüş təyyarəsi almayıb.

İran Hərbi Hava Qüvvələri sentyabr ayında Rusiya istehsalı olan ilk Yak-130 təlim təyyarəsini alıb.

Nizami Bağırov