Dünya 18:59 14.06.2022

İran və Türkmənistanın xarici işlər nazirləri Tehranda görüşdülər

İranın xarici işlər naziri Hüseyn Amier Abdullahian və Türkmənistanın xarici işlər naziri Rəşid Mərdov bu gün Tehranda ikitərəfli münasibətləri müzakirə ediblər.

Qaynarinfo bu baradə İran Xarci İşlər Nazirliyinin İnformasiya Mərkəzinə istinadən xəbər verir.

İranın xarici işlər naziri Hüseyn Amber Abdullahian Türkmənistanın xarici işlər naziri Rəşid Mərdov ilə görüşündə deyib: "İki ölkə arasında münasibətlərin inkişafı üçün əsaslar yaxşı qoyulub. Bizim hərtərəfli sazişlər və anlaşma memorandumlarımız var və tam şəkildə həyata keçirilməlidir”.

İran Xarici İşlər Nazirliyinin informasiya mərkəzinin məlumatına görə, bu gün, Türkmənistan prezidentinin çərşənbə günü (15 iyun) ölkəyə səfəri ərəfəsində baş tutan görüşdə iki nazir maraq doğuran məsələləri müzakirə ediblər.

Əmir Abdullahianın iki ölkə 17-ci Müştərək İqtisadi Komissiyasi, Türkmənistan, İran və Azərbaycan arasında neft və qaz mübadiləsinin təqib edilməsi ilə neft, qaz və enerji sahəsində birgə əməkdaşlıq, 15-ci Birgə Konsulluq və Sərhəd Komissiyası və iki Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr üzrə birgə komitə müqavilərini vurğulayıb.

Görüş zamanı Türkmənistanın xarici işlər naziri isə Aşqabadda keçiriləcək Xəzəryanı ölkələrin sammitinə hazırlıq üçün ikitərəfli və beştərəfli əməkdaşlığın zəruriliyini vurğulayıb.

M.Arif