Dünya 13:51 24.06.2022

İranda 12-13 yaşlı qızlar hicablarını çıxardığı üçün həbs edildi (VİDEO)

İran İslam Respublikası hicabla bağlı qanunların icrasında uşaqlara qarşı belə məhkəmə işindən çəkinmir.

Qaynarinfo bu barədə "İndipendent"in fars bölməsinə istinadən xəbər verir.

Şirazın Çamran bulvarında bir sıra yeniyetmə qız və oğlanların sərbəst və hicabsız toplaşması İran İslam Respublikasının hakimiyyət orqanlarını o qədər qəzəbləndirib ki, bu toplantı ilə bağlı videoların yayılmasından bir neçə saat sonra Şiraz qubernatoru azı 10 yeniyetməni həbs edib və buna səbəb kimi hicabcız yeniyetmə qız və oğlanların İslam fiqhindən kənar davranışlarını göstərib.

İslam Respublikası 40 ildən artıqdır ki, islami hicab kampaniyası aparsa da, görünən odur ki, hicaba iranlı yeniyetmələrin müasir zehnində yeri yoxdur və hətta İslami Təbliğat Təşkilatının sorğusu göstərir ki, iranlıların 70%-i icbari hicabın əleyhinədir. 

Qeyd edilir ki, bu toplantının iştirakçılarının 12-13 yaşlı yeniyetmələr və azyaşlı uşaqlar olmasına baxmayaraq, Şiraz valisi Lütfullah Şeybani hüquq-mühafizə orqanlarının və məhkəmə işçilərinin bu məsələyə cəlb olunduğunu və bununçün iştirakçı yeniyetmələrə qarşı məhkəmə işinin başladılmasını elan edib. 

Aydın