Dünya 18:58 07.06.2023

İranda edamların sayı artıb - 12 təşkilat BMT-yə müraciət etdi

Son aylarda İranda edam cəzasına məhkum olunanların sayının artması beynəlxalq vətəndaş cəmiyyəti institutlarını hərəkətə gətirib.

Qaynarinfo xəbər verir ki, 12 təşkilat Birləşmiş Millətlər Təşkilatına müraciət edərək İrana təzyiqləri artırmağı xahiş edib.

Onlar eyni zamanda demokratik ölkələri diplomatik kanallar vasitəsi ilə prosesi dayandırmaq üçün səylərini ikiqat artırmağa çağırıb.  

Vətəndaş cəmiyyəti institutları müraciətlərində edamlarda iştirak edən rəsmi şəxslərə sanksiyalar tətbiq edilməsini də zəruri sayıb.

Məlumat üçün deyək ki, "Məhsa Əmin olayı”ndan sonra İranda edamların sayı artıb. Teokratik rejim təkcə ictimai fəalları deyil, eyni zamanda narkotik cinayətlərində həbs olunanları da edam cəzasına məhkum edir. 

Seyid