Dünya 17:44 23.06.2022

İranda inqilabdan sonrakı inflyasiya rekordu qırıldı

İranda 2022-ci ilin iyun ayı (İran taqvimində xordad ayı) inflyasiya 81%-dən çox olub və bu, inqilabdan sonrakı inflyasiya rekordunu qırdı.

Qaynarinfo bu məlumatı İranın rəsmı statistika mərkəzinə istinadən verir

İranın Statistika Mərkəzi "qida, içki və tütün" məhsullarının 2022-ci ilin iyun ayında əvvəlki ayla müqayisədə 32,3 faiz artaraq 81 faizi keçdiyini açıqlayıb.

"Qeyri-ərzaq malları və xidmətlər” qrupu üzrə bəndin inflyasiya səviyyəsi də 2,8 faiz artaraq 36,8 faiz təşkil edib.

2022-ci ilin illik punkt inflyasiya dərəcəsi də 52%-i keçib. Bu o deməkdir ki, iranlılar ötən ilin eyni dövrü ilə müqayisədə bu il malların və eyni xidmətlərin alınmasına 52,5 faiz çox pul xərcləyiblər. 

İranın Statistika Mərkəzinin məlumatına görə, şəhər ev təsərrüfatları üçün bal inflyasiya səviyyəsi 51,4 faiz təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 12,2 faiz bəndlik artım göstərir. Kənd təsərrüfatlarında da inflyasiya 58,2 faiz olub ki, bu da əvvəlki illə müqayisədə 18,1 faiz bəndi çoxdur.

Müstəqil iranlı iqtisadi ekspertlər hazırkı inflyasiyanın hökümətin elan etdiyi tempdən qat-qat yüksək olduğunu bildirir və dəfələrlə inflyasiyanın hədsiz artması ilə bağlı xəbərdarlıq ediblər. Ekspertlər bu vəziyyətin davam etməsinin genişmiqyaslı dolanışıq etirazlarına və hətta ölkədə aclıq inqilabına səbəb olacağını da istisna etmirlər.

M.Arif