Ölkə 10:41 27.03.2023

İranda itkin düşən azərbaycanlı tələbədən nə xəbər var? - XİN-dən açıqlama

İranda itkin düşən azərbaycanlı tələbə Fərid Qabil oğlu Səfərlidən məlumat yoxdur.

Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, rsəmi Bakı Tehrandan cavab gözləyir.

"Buna görə də, axtarışlarda son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.