Dünya 17:22 26.11.2022

İranda kürdlərlə bəluclar birgə müqavimətə başlayır

İranda kürdlərlə bəluclar birgə müqavimət hərəkatı təşkil edir. 

Qaynarinfo İran mənbələrinə istinadən xəbər verir ki, İranın Kürdüstan, Sistan və Bəlucistan vilayətlərində kürdlər və bəluclar birgə aksiyalar keçirir. 

Bu gün səhər saatlarında Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərində heykəllərin birini üzərində "Kürd tək deyil, bəluc onun yanındadır” yazılmış plakat asılıb. 

İranlı mənbələr kürdlər və bəlucların bir araya gəlməsini təsadüf hesab etmir. Onların sözlərinə görə, əvvəla, İranda bütün xalqlar rejimin ədalətsizliyinin qurbanına çevrilib. İkincisi, kürdlər və bəluclar sünni məzhəbinin təmsilçiləridir. İranda isə sünnilər açıq diskrimnasiyaya məruz qalır. Onların dövlət vəziflərində işləməsi qadağandır, hətta dini ayinlərinin keçirilməsinə belə, icazə verilmir. Şiə bölgələrində yaşayan sünnilərə məscid inşa etməyə izacə verilmir. 

Kürdlər və bəlucların bir araya gəlməsi məhz eyni məzhəb daşıyıcıları olması ilə bağlıdır.

Məlumatlara görə, İran hakimiyyəti hadisələrin mahiyyətini dəyişdirmək üçün sünni bölgəsində fəal iş aparır. Təhlükəsizlik qüvələrinin fəaliyyəti ölkədə idarəolunan məzhəb toqquşmasının yaradılması istiqamətindədir. Zahedanda sünni məscidinə hücum edilməsi və 100 nəfərin öldürülməsi, ardınca şəhərin şiə imamcüməsi Səcca Şəhrakinin qətli dı bu planın tərkib hissəsi kimi dəyərləndirilir. 

Seyid