Ölkə 19:39 21.09.2023

İrandakı zəlzələ Naxçıvanda hiss olundu

İrandakı zəlzələ Naxçıvanda hiss olunub.

Bu barədə Qaynarinfo-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranda zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.