Dünya 15:15 03.11.2022

İranın müharibə planı yaxın günlərdə gerçəkləşə bilər

ABŞ-ın "The Wall Street Journal” qəzetindən sonra "Associated Press” agentliyi və CNN telekanalı da İranın Səudiyyə Ərəbistanına hücum etmək planının olduğu barədə yazıb. 

Qaynarinfo-nun məlumatına görə, ABŞ rəsmilərindən biri agentliyə bildirib ki, İran Səudiyyə Ərəbistanına hücum planını yaxın günlərdə gerçəkləşdirə bilər. 

CNN telekanalının məlumatına görə, İran Səuidiyyə Ərəbistanının əsasən enerji infrastrukturuna zərbə endirməyi planlaşdırır.

İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani isə yayılan məlumatları birtərəfli və qərəzli adlandırıb. Onun iddiasına görə, bu tip xəbərlər Qərb dairələri tərəfindən dövriyyəyə buxarılır. Məqsəd isə İrana qarşı mənfi atmosfer yaratmaq və region ölkələri ilə münasibətdə müsbət tnedesiyaları aradan qaldırmaqdır. 

İran sözçüsünün fikirlərindən belə anlaşılıb ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər heç də gərgin deyil.

Əslində isə rəsmi Tehranla Ər-Riyadın münasibətləri hər zaman gərgin olub. 2016-cı ildən gərginlik daha da artıb. İş o yerə çatıb ki, iki ölkə arasında diplomatik əlaqələrə son qoyulub. 

İranın Səudiyyə Ərəbistanına hücum planı Qərb mediasında diqqəti ölkə daxilindəki qarşıqlıqdan yayındırmaq kimi xarakterizə edilir. Hazırda İranı etiraz dalğası bürüyüb. Sentybarın 13-də 22 yaşlı Məhsa Əminin əxlaq polisi tərəfindən saxlanılması, üç gün sonra isə bölmədə ölməsi xalqın ayağa qalxmasına səbəb olub. Əgər ilk günlərdə tələb Məhsa Əminin ölümündə günahkar olanların cəzalandırılması idisə, bir neçə gün sonra hicab məcburiyyətinin aradan qaldırılması, daha sonra isə ümumiyyətlə rejimin istefası gündəmə gəlib.

Xüsusilə, İranın sünni bölgələrində vəziyyət kritik həddə çatıb. Tehranın Səudiyyə Ərəbistanını və İraqın Ərbil şəhərini hədəf alması da ölkədəki sünnilərə burada dəstək verilməsi iddiası ilə bağlıdır. İran hökuməti ilk gündən ölkəni bürüyən etiraz dalğasında xarici qüvvələri, o cümlədən Səudiyyə Ərəbistanını ittiham edib. 

Seyid