Dünya 11:10 30.01.2023

İranın yük maşınları Suriyada təyyarələr tərəfindən atəşə tutuldu

Naməlum təyyarələr İraqdan Suriyaya keçən İran yük maşınlarının karvanını atəşə tutub. Atəş Bu-Kəmal sərhəd-keçid məntəqəsində baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Hadath" telekanalı və AFP xəbər agentliyi məlumat yayıb.

Yük maşını karvanı 25 maşından ibarət olub. Suriya İnsan haqları mərkəzi AFP-yə bildirib ki, onlar Tehranın dəstəklədiyi qruplar üçün Suriyaya silah gətirirlər.

Suriya İnsan Haqları Mərkəzinin məlumatına görə, konvoy məhv edilib. Ölənlərin olduğu iddia edilir. Onların sayı dəqiqləşdirilməyib.

Nizami Bağırov