Dünya 23:46 11.02.2023

İranlı idmançı ölkəsinin himnini oxumaqdan imtina etdi (FOTO)

Qazaxıstanın ev sahibliyi etdiyi Asiya çempionatında iranlı qadın idmançı Fərzanə Fəsihi qapalı şəraitdə 60 metr məsafəyə yüngül atletika üzrə qızıl medal qazanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, o, mükafatlandırma mərasimində İran bayrağını götürməkdən və himni oxumaqdan imtina edib.

Fərzanə Fəsihi özü bu barədə açıqlama verməsə də, onun bu hərəkəti Tehran rejiminin etirazçılara qarşı repressiyalarına etiraz kimi dəyərləndirilir.