Dünya 15:16 29.11.2022

İranlı kinematoqrafçılar yeni təşkilat yaratdılar - Rəsmi təbliğat ifşa olunacaq

İranda bir qrup kinematoqrafçı İran Müstəqil Kinematoqrafçılar Asossiasiyası (İİFMA) adlı təşkilat yaradıblar. 

Qaynarinfo İrandakı mənbələrə istinadən xəbər verir ki, təşkilat İranda qadın hüquqları ilə bağlı keçirilən aksiyalara dəstəkləyən bəyanat yayıb.  İİFMA-nın yaydığı məlumatdan isə məlum olur ki, təşkilatın 4 məqsədi var:

* Repressiya və qətllərinin qarşısının alınması;
* Aksiyalarda həbs edilənlərin azadlığa burxaılması üçün məhkəməyə müraciət etmək;
* Dünya kinematoqrafçılarının diqqətini İranda baş verənlərə çəkmək;
* Kino dünyasında İrandakı teokratik rejimin siyasətini ifşa etmək.

Təşkilatın sözçülərindən biri Adele Çiraqi BBC-yə bildirib ki, əllidən çox iranlı kinematoqraf, o cümlədən Şirin Neşat, Mustafa Əzizi, Əbdül Rza Kahani, Nima Sarostani, Kaveh Farnam və Əli Abbasi İİFMA-ya üzv olub. 

Xatırladaq ki, iki aydan artıqdır İranı etiraz dalğası bürüyüb. Aksiyalara səbəb 22 yaşlı Məhsa Əmininin polis bölməsində ölməsidir. İranlı fəal məcburi hicab qanuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əminin döyülərək öldürüldüyünü iddia edir. Hökumət isə 22 yaşlı qızın ölümünü onun səhhəti ilə əlaqəndirir. 

İranda keçirilən aksiyalarda bu günə qədər 300-dən artıq vətəndaş öldürülüb. Onların arasında uşaqlar da var. 

Seyid