Dünya 13:25 10.12.2023

İraqdakı şiə qrupları amerikalılara hücumları davam etdirəcək

İraqdakı şiə qrupları ABŞ-a qarşı əməliyyatların amerikalılar tamamilə geri çəkilənə qədər davam edəcəyini bildirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə şiə silahlı dəstələrinin daxil olduğu İraq İslam Müqavimətinin bəyanatında deyilir.

Qeyd olunur ki, cümə günü qruplaşmalar 11 əməliyyat keçirərək, Suriya və İraqdakı Amerika bazalarına onlarla raket zərbəsi endirib, həmçinin pilotsuz təyyarələrdən istifadə edib. Xüsusilə, Suriyanın şimal-şərqindəki Hasaka əyalətinin Əl-Şəddadi şəhərindəki neft yataqlarında yerləşən Amerika bazasına dörd raket atılıb.

"İraq İslam Müqaviməti son əsgəri ölkəmizi tərk edənə qədər işğalçı qüvvələrə qarşı cihadçı əməliyyatlarının davam etdiyini təsdiqləyir", deyə bəyanatda qeyd edilir.

Aydın