Ekonomiks 16:52 19.12.2023

İş adamının yeni yaratdığı şirkət 800 min manat borca düşdü

"İnam TN Trade" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Hüseynağa İsmayılovun Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi H.İsmayılovun vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək onun Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə ərizəni təmin etsə, H.İsmayılovun Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, H.İsmayılovun rəhbərlik etdiyi "İnam TN Trade" şirkəti bu ilin martın 14-də dövlət qeydiyyatına alınıb. Şirkətin hazırda 800 min manatdan çox vergi borcu yaranıb.