"Nissan Motor”un keçmiş rəhbəri Karlos Qon 2018-ci ildə işdən çıxarılması və maliyyə pozuntularına görə həbsinin təşkili ilə bağlı şirkətə və onunla əlaqəli bir sıra şəxslərə qarşı iddia qaldırıb.
Qaynarinfo xəbər verir ki, Livandakı Kassasiya Məhkəməsində qaldırdığı iddiasında Qon bu hərəkətlərin onun maliyyə vəziyyətinə və nüfuzuna vurduğu ciddi ziyana görə 1 milyard dollar təzminat tələb edir. Bu barədə "Bloomberg" yazıb.
Keçmiş top-menecer Yaponiyada 74 milyon dollar gəliri gizlətməkdə və "Nissan"ın pullarından şəxsi məqsədlər üçün istifadə etməkdə ittiham olunur. 2019-cu ilin sonunda Qon ev dustaqlığında olduğu Yaponiyadan qaçıb və istintaq zamanı həbs edilb. Məhkəmədən qaçdıqdan sonra o, Livanda məskunlaşıb. Səlahiyyətlilər onu Yaponiyaya və ya ekstradisiyasını istəyən digər ölkələrə təhvil vermək niyyətində deyil.
Qon iddia edir ki, ona qarşı "ciddi və həssas ittihamlar” illərlə insanların beynində qalacaq. Onun fikrincə, bu ittihamlar öz təsdiqini tapmasa və "sadə şübhələrə” əsaslansa belə, o, ömürünün sonuna qədər bundan əziyyət çəkəcək. Qsn hesab edir ki, "Nissan"dan qovulduqdan sonra keçən müddət ərzində o, 588 milyon dollar itirib.
Bu məbləğə əlavə olaraq o, "Nissan"a qarşı 500 milyon dollar cəza tələb edir. İddiada cavabdehlər arasında "Nissan"la yanaşı, iddiaçının sözlərinə görə, onun işdən çıxarılmasında əli olan bir neçə işçi, menecer və şirkətin direktorlar şurasının üzvləri də var. Ümumilikdə, iddiada ondan çox müttəhimin siyahısı yer alır. Bu iddia üzrə Livan məhkəməsində dinləmələr sentyabr ayına təyin edilib.
"Bloomberg"ə açıqlama verən Qon deyib ki, bu, onların vurduğu ziyana sadəcə kiçik bir cavabdır: "Mən onların etdiklərini düzəldə biləcəklərini düşünmürəm, çünki zərər çox əhəmiyyətlidir. Amma bu məhkəmə zərərin bir hissəsini kompensasiya etməlidir".
"Nissan" isə agentliyə iddianı hələ almadıqlarını, ona görə də şərh verə bilməyəcəklərini bildirib.
Aydın
Şərhlər