İdman 15:26 25.08.2023

İsgəndərov: "Qarşıdakı oyunlarda daha yaxşı “Qəbələ” görəcəksiniz”

"Qəbələ”nin mövsümə uğursuz başlanğıcı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. İlk üç turda keçirdiyi oyunların hamısında məğlub olan Elmar Baxşıyevin komandası hələ də toparlana bilmir. 

Komandanın hücumçusu Ülvi İsgəndərov Qaynarinfo-ya açıqlamasında "Qəbələ”nin çıxışı haqda fikirlərini bölüşüb. 

"Yenilənmiş bir "Qəbələ” var. Ötənilki heyətdən 10 nəfər gedib, Yeni gələnlərin uyğunlaşması bir az vaxt tələb edir. Bizim üçün çətin mövsüm olacağını bilirdik. Amma belə startı biz də gözləmirdik. Komandada qeyri-adi heç nə baş vermir. Bir qədər ruh düşkünlüyü var. Amma bunu qısa zamanda aradan qaldırıb toparlanmaq istəyirik. Qarşıdakı oyunlarda daha yaxşı "Qəbələ” görəcəksiniz”.

Səbuhi Həsənov