İdman 18:00 19.02.2024

İspaniya mətbuatı: Mbappe "Real"la beşillik müqavilə bağladı

PSJ-nin futbolçusu Kilyan Mbappe "Real"la müqavilə bağlayıb.

Qaynarinfo-nun məlıumatına görə, bu barədə məşhur "Marca" nəşri xəbər yayıb. Xəbərə görə, Fransa millisinin forvardı Madrid klubu ilə 5 illik anlaşmaya imza atıb. Müqavilə iyulun birindən etibarən qüvvəyə minəcək. Həmçinin Kilyanın artıq bu müqavilə ilə bağlı PSJ rəhbərliyini məlumatlandırdığını və ona yeni təkliflər göndərməmələrini xahiş edib.

2018-ci ildə "Monako"dan PSJ-yə transfer oklunan Mbappe Paris klubunun heyətində meydana çıxdığı 290 matçda 243 qola və 105 məhsuldar ötürməyə imza atıb. Dünyanın ən bahalı futbolçuları sırasında olan Mbappenin hazırkı klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında bitəcək. 

Səbuhi Həsənov