Dünya 16:43 15.02.2024

İspaniyada 4,3 ton narkotik daşıyan gəmi ələ keçirildi

İspaniya hüquq-mühafizə orqanları göyərtəsində 4,3 tondan çox kokain tapılan gəminin ələ keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin mülki qvardiyasının saytında məlumat verilib.

Gəmi Kanar adalarından təxminən min kilometr cənubda ələ keçib. İdarənin məlumatına görə, polis dörd ekipaj üzvünü saxlayıb. Onlar Rumıniya, Moldova, İspaniya və Mərakeş vətəndaşlarıdır.

Əməliyyat ABŞ və Böyük Britaniya səlahiyyətliləri ilə birgə həyata keçirilib. Bu gəmidə narkotiklərin Cənubi Amerikadan daşındığı məlum olub.

Aydın