Dünya 21:47 01.10.2023

İspaniyada gecə klubunda yanğın oldu, 13 nəfər öldü

İspaniyanın Mursiya şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə regional fövqəladə hallar xidmətinin saytında bildirilib.

Məlumata əsasən, hadisə ilə bağlı ilk məlumat yerli vaxtla saat 06:00 radələrində gəlib. Yanğının söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğın artıq söndürülüb.

"La opinión de Murcia” qəzeti bildirib ki, yanğın qısaqapanma nəticəsində baş verib.