Dünya 21:58 18.04.2023

İspaniyada tonlarla narkotik maddə ələ keçirildi - 4 dövlətin əməliyyatı

İspaniyanın hüquq-mühafizə orqanları Fransa, Portuqaliya və Böyük Britaniyanın hakimiyyət orqanları ilə birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə əməliyyatı zamanı 50 nəfəri saxlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS Pirene Krallığının Mülki Qvardiyasının bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri 4,8 ton həşiş və 2 tona yaxın kokain müsadirə edib.

İstintaq ötən il İspaniyanın hüquq-mühafizə orqanları narkotik alveri ilə məşğul olan və liderləri ölkədə olan cinayətkar təşkilatın mövcudluğundan xəbər tutduqdan sonra başlayıb.

Əməliyyat bir neçə mərhələdə həyata keçirilib.

Alpər