İdman 22:51 01.03.2024

İspaniyalı idmançı tullanmaq istəyəndə ayağını belə zədələdi (VİDEO)

İspaniyalı atlet Mariya Visente məşq zamanı ayağını sındırıb.
 
Qaynarinfo-nun məlumatına görə, o test zamanı hündürlükdən tullanmaq üçün qaçsa da ayağını zədələdiyindən bunu edə bilməyib. Məşq zamanı 1.67 və 1.70 metr hündürlükdəki barı uğurla aşan Visente növbəti, 1.73 metrlik cəhdində ayağını zədələyib. Nəticədə tibbi personal idmançını stadiondan xərəklə çıxarmaq məcburiyyətində qalıb. 
 
Visente 2023-cü ildə pentatlon üzrə dünya çempionu olub və rekord qırıb. 
 
Səbuhi Həsənov