Dünya 18:40 20.12.2023

İspaniyanın baş naziri Kataloniya liderləri ilə görüşəcək

İspaniyanın baş naziri Pedro Sançes Kataloniya liderləri Karles Puçdemon və Oriol Junkeras ilə görüşməməyi vəd etməsinə baxmayaraq, görüş keçirməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

"Sançes Kataloniya separatçılarının əsas liderləri Karles Puçdemon və Oriol Junkeras ilə bir neçə dəfə görüşməyi planlaşdırır. O, əvvəllər açıq şəkildə belə bir görüşü inkar etməsinə baxmayaraq, Kataloniyadakı müstəqillik tərəfdarları ilə münasibətləri normallaşdırmaq istəyir", deyə nəşr yazıb.

Qeyd olunur ki, bu xəbər İspaniya parlamentindəki əsas müxalifət qüvvə - Xalq Partiyasının kəskin etirazına səbəb olub.

Aydın