Dünya 14:32 03.11.2023

İsrail Qəzza zolağı ilə bütün əlaqələri kəsir, işçilər anklava qaytarır

İsrail Qəzza zolağı ilə bütün əlaqələri dayandıracaq, oradan daha fələstinli işçilər olmayacaq və HƏMAS-ın işğalı başladığı gün İsraildə olanlar anklava qaytarılacaq.

Qaynarinfo xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu X (keçmiş Twitter) səhifəsində bildirib.

"İsrail Qəzza zolağı ilə bütün əlaqələri dayandırır", deyə baş bazir yazıb.

Bəyanatda işçilərin hazırda ağır bombardmanlar altında olan aktiv döyüş bölgəsinə necə və nə vaxt qayıdacağı dəqiqləşdirilməyib.

Bundan əlavə, Netanyahunun sözlərinə görə, silahlılara və onların ailələrinə ödənilən vəsaitin çıxılması ilə yanaşı, hərbi-siyasi kabinet Qəzza zolağı üçün nəzərdə tutulan bütün vəsaitlərin ödənişinin dayandırlmasına qərar verib.

Qeyd olunur ki, HƏMAS-ın oktyabrın 7-də təşkil etdiyi hücumdan əvvəl Qəzza zolağının 18 min sakini İsrail ərazisini keçmək və orada işləmək icazəsinə malik olub, onlar İsraildə evdəkindən xeyli çox qazana bilirdilər.

Nizami Bağırov