Dünya 12:26 08.03.2023

İstanbulda əməliyyat: Hərbçilər saxlanıldı

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi FETÖ/PDY silahlı terror təşkilatına qarşı əməliyyat keçirib.

Qaynarinfo bu barədə NTV-yə istinadən xəbər verir.

Əməliyyatlar İstanbulun 8 rayonunda, 28 şüvbhəliyə qarşı keçirilib. Eyni anda baş tutan əməliyyatlar zamanı 1 mayor, 2 zabit, 1 çavuş, rütbəsi alınmış 1 zabit və 18 hərbi məktəb tələbəsi olmaqla ümumilikdə 25 nəfər saxlanılıb.

Qaçan şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.

Aydın