Dünya 11:45 14.11.2022

İstanbuldakı terrorun sifarişi bu şəhərdən gəlib (RƏSMİ)

Xəbər verdiyimiz kimi, ötən gün Türkiyənin İstanbul şəhərində terror aktı baş verib. İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Artıq terroru törədən şəxs saxlanılıb. Bu, PKK üzvü olan qadındır. 

Qaynarinfo xəbər verir ki, terror əmri Suriyanın Kobani şəhərindən gəlib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, hücumu həyata keçirən şəxsin Suriyanın başqa şəhərindən - Afrindən Türkiyəyə keçməsi ilə bağlı məlumatlar var.

Qeyd edək ki, Kobani və Afrin Suriyada PKK/PYD terror təşkilatının ən fəal olduğu şəhərlərdir.

Aydın