İsveç hökuməti polisə cinayətkar dəstələrlə mübarizədə kömək etmək üçün ordudan istifadə etməyi düşünür.
Qaynarinfo xəbər verir ki, bu barədə The Financial Times məlumat
yayıb.
Nəşr qeyd edir ki, ölkədə atışma və partlayışların sayı kəskin artıb. Polis rəhbərləri bildirirlər ki, İsveç İkinci Dünya müharibəsindən bəri ən pis vəziyyətlə üzləşir, belə ki, miqrantlardan ibarət narkodəstələr ölümcül münaqişəyə girir. 18 yaşına çatmayanlar çox vaxt cəzasız qaldığından və ya məhkəmələrdən az cəza aldığından, onlar getdikcə daha çox uşaqlardan cinayət törətmək üçün istifadə edirlər.
Keçən il İsveçdə ölümlə nəticələnən atışmaların sayına görə artıq rekord qırılıb və görünür qeydiyyat aparıldıqdan bəri bu ilin sentyabr ayı ən pis ay kimi qeydə alınacaq. Atışmalarda təkcə dəstə üzvləri deyil, onların ailələri və ətrafdakılar da ölür. Dəstələrdən birini hazırda Türkiyədə gizlənən kürd mühacir idarə edir. İsveçdə bəziləri deyir ki, hökumət Türkiyəyə sığınan cinayətkarların çoxluğu ilə bağlı Ankara qarşısında məsələ qaldırmalıdır.
Nizami Bağırov
Şərhlər