Dünya 17:00 06.10.2023

İsveçrə ukraynalı qaçqınlara evlərinə qayıtmaları üçün 4,4 minə qədər pul ödəyəcəyək

İsveçrənin Miqrasiya üzrə Dövlət Katibliyi (SEM) Ukraynadan olan qaçqınlara könüllü evlərinə qayıtmaları üçün 4,4 min dollara qədər pul ödəməyə başlaya bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə SwissInfo SEM tərəfindən hazırlanmış konsepsiyaya istinadən məlumat yayıb.

"İlkin maliyyə yardımı məsələsinə də baxılır. Yardımın məbləğləri adambaşına 1 mindən 4 min İsveçrə frankı (təxminən 4,4 min dollar – red.) arasında dəyişə bilər”, - məqalədə deyilir.

İsveçrə hakimiyyəti ölkədəki 70 min ukraynalı qaçqının təxminən 80%-nin evlərinə könüllü qayıdacağını düşünür. Onların fikrincə, qalan 20% və ya 14 min nəfər miqrasiya S statusunun müddəti 2024 və ya 2025-ci ildə bitdikdən sonra da İsveçrədə qalacaq.

SwissInfo-nun qeyd etdiyi kimi, mətbuatda ukraynalı qaçqınlara ödənişlər barədə xəbərlərin dərcindən sonra İsveçrə Xarici İşlər Nazirliyi ölkənin "ukraynalılardan qurtulmağa” çalışmadığını vurğulayıb. Nazirlik xatırladıb ki, İsveçrə parlamenti qaçqınların ehtiyacı olduğu müddətdə müdafiə olunacağını dəfələrlə təsdiqləyib.
BMT-nin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının başlamasından sonra onun 25 milyondan çox sakini ölkə sərhədlərini tərk edib. Ən çox insan Polşa, Rumıniya, Almaniya, Rusiya və Macarıstanda yerləşib. 18 milyondan çox ukraynalı geri qayıdıb. Avropa Komissiyasının vitse-prezidenti Dubravka Sujca daha əvvəl ukraynalı qaçqınların Avropa ölkələrində uzun müddət qalacaqları barədə xəbərdarlıq edib: 

"Bu ailələr düşünürlər ki, müharibə bitəndən bir gün sonra evlərinə qayıdacaqlar. Amma onlar evlərinə qayıtmayacaqlar. Onların məktəbləri dağıdılıb, evləri dağıdılıb, işləri itirilib”.

Nizami Bağırov