İtaliya Fransa ilə birlikdə "Samp-T" raket sistemini Ukraynaya vermək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani
bildirib.
"Corriere Della Sera”nın məlumatına görə, Roma artıq Kiyevə bir milyard avroya yaxın hərbi yardım edib. Ümumilikdə İtaliya hakimiyyəti Ukraynaya beş hərbi yardım paketi barədə razılığa gəlib.
Hazırda altıncı yardım paketi hazırlanır, bu paketə "Samp-T" sisteminin göndərilməsi daxildir. Eyni zamanda, Tayaninin fikrincə, Romanın gizli şəkildə gördüyü "başqa işlər də var”.
Həmin ərəfədə məlum olub ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlinin Polşanın Almaniya istehsalı olan "Leopard 2” tanklarını Ukraynaya ötürməsinə mane olmayacağını bildirib.
Bir neçə gün əvvəl Varşava Almaniya hakimiyyətinin ölkədə mövcud olan "Leopard 2” tanklarının Ukraynaya göndərilməsinə icazə verməyəcəyi halda Polşanın onları birtərəfli qaydada Kiyevə təhvil verəcəyi ilə hədələmişdi.
Alpər
Şərhlər