Dünya 17:44 24.01.2023

İtaliya Siciliya mafiyasının başçısına öz pasportunu verən şəxsi həbs etdi

Bazar ertəsi İtaliya polisi Siciliyadan qaçan mafiya başçısı Matteo Mesini Denaroya öz şəxsiyyətini təsdiq edən sənədlərdən istifadə etməyə icazə verərək illərdir kömək etdiyi deyilən Andrea Bonafede adlı şəxsi həbs edib.

Bu barədə Qaynarinfo AP-yə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları iddia edir ki, Bonafede Messini Denaroya faktiki olaraq şəxsiyyətindən - yenidən yapışdırılmış fotoşəkili olan pasportdan istifadə etməyə icazə verib və bu, mafioza uzun illər həbs olunmaqdan yayınmağa kömək olub.

Bundan başqa, həmin şəxs Denarodan aldığı 20 min avrodan istifadə edərək, Siciliyanın qərbində bir ev alıb, ehtimal edilir ki, məhz həmin ev mafiya başçısının gizləndiyi yerlərdən biri olub. Bundan əlavə, mafioz Andrea Bonafede adı ilə qeydiyyatda olan Palermo klinikasında bir neçə ay xərçəng xəstəliyindən müalicə olunub.

Bonafede üçün həbs qərarı verərkən hakim Palermo qeyd edib ki, onun sayəsində Denaro "hüquq mühafizəsindən yayınaraq, İtaliya ərazisində hərəkət edə bilib və həmçinin əsl şəxsiyyətini açıqlamadan milli səhiyyə sisteminə çıxışa nail olub".

Məlumata görə, italyan karabineri 1993-cü ilin yayından axtarışda olan Siciliya mafiya başçısı Matteo Messina Denaronu yanvarın 16-da səhər saatlarında həbs edib. O, axtarışda olan "yüksək səviyyəli” sonuncu mafiozdu.

Messina Denaro qaçaq ikən bir neçə mafiya cinayəti törətməkdə təqsirli bilinib və bir neçə ömürlük həbs cəzası alıb. O, 1992-ci ildə baş verən partlayışların təşkilatçılarından biri hesab olunurdu – partlayışların birində İtaliyanın baş anti-mafiya hakimi Covanni Falkone Palermo yaxınlığındakı magistral yolda öldürülüb, iki ay sonra digər partlayışda başqa bir hakim Paolo Borsellino öldürülüb. Bu partlayışlar zamanı Falkonenin həyat yoldaşı və hər iki hakimin mühafizəçiləri də həlak olub.

Həbsindən bir neçə saat sonra Messina Denaro cəzasını çəkmək üçün İtaliyanın mərkəzindəki ciddi rejimli həbsxanaya aparılıb.

Nizami Bağırov