Dünya 11:22 10.02.2023

İtaliyanın Baş naziri Zelenskinin Parisə dəvətini yersiz adlandırdı

İtaliyanın Baş naziri Corci Meloni bildirib ki, Fransa prezidenti Emmanuel Makronun Aİ sammitinə səfər ərəfəsində Ukrayna prezidenti Volodimir Zelenskiyə ünvanladığı dəvət yersizdir, çünki Avropanın gücü birliyindədir.

Qaynarinfo xəbər verir ki, bu barədə Askanews yazır.

"Mən daxili siyasi məsələləri başa düşürəm, lakin elə vaxtlar olur ki, daxili ictimai rəyə üstünlük vermək işin zərərinə olur və bu, mənə elə hallardan biri kimi gəlir", - deyə Baş nazir Aİ sammitində iştirak etmək üçün Brüsselə gələrkən deyib. 

Xatırladaq ki, Zelenski fevralın 8-də axşam Fransa prezidenti və Almaniya kansleri Olaf Şoltsla görüşmək üçün Parisə gedib. O, Londondan Parisə uçub, orada Böyük Britaniya kralı III Karlla görüşüb və parlament üzvləri qarşısında çıxış edib. Dünən, fevralın 9-da Zelenski fevralın 10-dək davam edəcək Aİ sammiti üçün Brüsselə gəlib.

Nizami Bağırov