Dünya 19:02 23.01.2023

İtaliyanın XİN rəhbəri Rusiya-Ukrayna danışıqları üçün şərti açıqladı

Rusiya hərbçiləri Ukrayna ərazisinə hücumu dayandırarsa, Avropa ölkələri Kiyevi danışıqlara çağıra bilər.

Qaynarinfo xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani yerli "Il Messaggero” qəzetinə bildirib.

XİN rəhbəri "kimsə bəzi Avropa ölkələrindən Putinlə danışıqların xeyrinə mövqelərini yumşaltmağı xahiş etməyə çalışır” desə də, onun kim olduğunu dəqiqləşdirməyib.

"Ancaq razılaşma yalnız Rusiya hərbi əməliyyatları dayandırmaq qərarına gələrsə, mülki əhalinin və strateji obyektlərin heç bir fərq qoymadan bombardmanını dayandırmağa qərar verərsə, mümkün olacaq. Yalnız bundan sonra Avropa Ukraynadan danışıqlara başlamağı xahiş edə biləcək”, deyə Tayani bildirib.

Nizami Bağırov