Ölkə 13:30 31.05.2023

İyunun 14-də məktəblərdə “Son zəng” çalınacaq

"Son zəng” tədbiri 14 iyun 2023-cü il tarixdə keçiriləcək. Bununla bağlı, hər il olduğu kimi, Elm və Təhsil Nazirliyinin müvafiq tapşırıqları olacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
 
Qeyd edilib ki, 2022-2023-cü tədris ilində ümumi təhsilin tam orta təhsil səviyyəsini Elm və Təhsil Nazirliyinin strukturuna daxil olan ümumi təhsil müəssisələrində 100084, digər qurumların tabeliyində olan ümumi təhsil müəssisələrində 1104, özəl ümumi təhsil müəssisələrində 727 nəfər məzun olacaq.